Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycandan keçməklə Ermənistana buğda göndərilib

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib.

Bu ölkəyə 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda tədarük olunub.

Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb. Daha sonra Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.