Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda son sutkada 16 nəfər koronavirusdan ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 684 yeni yoluxma faktı qeydə alınıb, 2060 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 485275 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 462798 nəfər müalicə olunaraq sağalıb, 6559 nəfər vəfat edib, aktiv xəstə sayı 15918 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9832, ötən müddət ərzində isə ümumilikdə 4878405 test aparılıb.