Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda məktəbdə rüşvət qalmaqalı: Direktorun səs yazısı - VİDEO


Sumqayıtda 26 saylı tam orta məktəbdə direktorun rüşvət tələbi qalmaqala səbəb olub.


Direktor və müavini səsli mesaj göndərərək məktəbin pedaqoji kollektivindən pul istəyiblər.










Səs yazısı yayılan şəxsin 26 saylı tam orta məktəbin direktoru Arzu Şükürova olduğu iddia edilir. Direktor guya Gigeana və Epidemologiya şöbəsinin məktəbə gəldiyini və onlara cərimə yazadığını bildirir. Qarşılığında isə yığılan vəsaitin onlara verilicəyi açıqlanır.







Faktı "Xəzər Xəbər"ə Sumqayıt şəhər Təhsil şöbəsi də təsdiq edib. Qurumdan həmin məktəbdə yayılan səsin həqiqətən Arzu Şükürovaya aid olduğu müəyyən edilib.


Verilən qəra əsasən direktor Arzu Şükürova və təhsil müəssisəsinin təsərrüfat işləri üzrə direktor müavini tutduğu vəzifədən azad ediliblər.