Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda bir gündə iki əsgər intihar edib

Azərbaycan Hərbi Prokurorluğu daha bir əsgərin intihar etdiyini bildirib. Belə ki, Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Telman Məhəmməd oğlu Eyyubov odlu silahdan atəş açaraq intihar edib. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsilə (özünü intihar həddinə çatdırma) cinayət işi açılıb.

*   *   *

Hərbi Prokurorluq əsgərin intihar etdiyini bildirib.

Bakı Hərbi Prokurorluğuna məlumat daxil olub ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İlkin Elbrus oğlu Ələkbərov odlu silahdan atəş açaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və zəruri istintaq hərəkətləri aparılıb, Azərbaycan Hərbi Prokurorluğu bildirib.