Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda 3 ayda 4 mindən çox iş yeri bağlanıb - RƏSMİ

2023-cü ilin birinci rübü ərzində ölkədə 4,2 min iş yeri bağlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, bu dövrdə bağlanmış iş yerlərinin 46,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.

İş yerlərinin 58,0 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 42,0 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.