Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycana gələn turistlərin 33 faizi rusiyalılardır

2023-cü ilin ilk yeddi ayında Azərbaycana 1 milyon 143,6 min əcnəbi gəlib ki, bu da ötən ilin eyni dövründə olduğundan 37,4 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Turistlərin çoxu Rusiyadan gəlib- 32,8%. Turistlərin 18,2 faizi Türkiyədən, 7,4 faiz İrandan, 4,9 faiz Hindistandan, 4,7 faiz Gürcüstandan, 3,9 faiz Səudiyyə Ərəbistanından, 2,4 faiz Qazaxıstandan, 2,3 faiz Pakistandan, 2,1 faiz Birləşmiş Ərəb Əmirliklərindən və digər ölkələrdən gəlib.

Bildirilir ki, Çindən gələn turistlərin sayı 8,3 dəfə artıb, lakin nə qədər olduğu göstərilmir. Türkmənistandan gələn turistlərin sayı 3,8 dəfə, Hindistandan gələnlərin sayı 2,6 dəfə, Belarus - 2 dəfə, Özbəkistan - 1,9 dəfə, Qazaxıstan- 1,8 dəfə, Rusiya -1,7 dəfə, İsrail - 44,2 faiz  ABŞ - 38,7 faiz, Gürcüstan - 34,5 faiz, Böyük Britaniyadan 29,2 faiz artıb.

MDB ölkələrindən gələn turistlərin sayı 477,1 min, Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 57,2 min, Fars körfəzi ölkələrindən gələnlərin sayı 85,4 min nəfər təşkil edib.

Turistlərin 71,1 faizi hava, 27,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi dəniz yolu ilə gəlib.