Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan XİN Mirzoyana cavab verib

“Ermənistanın “məhbus” adlandırdığı şəxslər üçtərəfli bəyanatdan 2 həftə sonra Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Beynəlxalq məhkəmələr onların azad edilməsi üçün Ermənistanın tələb etdiyi tədbirləri rədd edib”.

Pressklub.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN-in Azərbaycanda erməni məhbuslarının olmasına dair iddialarına cavab olaraq tvitterdə yazıb.

O bildirib ki, Ermənistan hələ də itkin düşmüş 3800 azərbaycanlı ilə bağlı məlumat vermir: “Ermənistan 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Ermənistan qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmalarına mane olur”.

A.Hacızadə vurğulayıb ki, Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir.

Ayxan Hacızadə daha sonra yazıb ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yalan danışır. Deyəsən, Ermənistan Xarici İşlər Nazirliyinin bəzi tarix dərslərinə ehtiyacı var”.

O bildirib ki, Avropanın təhlükəsizliyinə ilk təhdidlərdən biri Ermənistanın hərbi təcavüzü və Azərbaycanın suveren ərazilərinin təxminən 20%-nin işğalı idi.