Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan xiasediciləri Türkiyəyə göndərilib

Dövlət başçısının sərəncamı ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 370 əməkdaşı güclü zəlzələ ərazisində xilasetmə işlərində iştirak etmək üçün Türkiyəyə göndərilib.

Prezident İlham Əliyev çoxsaylı qurbanla əlaqədar Türkiyə xalqına başsağlığı verib.

6 fevral səhər saatlarına olan məlumata görə, həlak olanların sayı 76 nəfəri ötüb, 440 nəfər yaralanıb. Zəlzələ Diyarbəkir, Malatya, Osmaniyə, Şanlıurfa və digər şəhərlərə təsir edib.

Türkiyə hakimiyyətinin məlumatına görə, yerli vaxtla saat 6:30-da  yeraltı təkanların maqnitudası 7,4 olub.