Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan və Türkmənistanla imzalanan qaz müqaviləsinin çox böyük əhəmiyyəti var - İran prezidenti

Azərbaycan, Türkmənistan və İran arasında qaz tədarükü üzrə imzalanmış müqavilə İranı regional tranzit mərkəzinə çevirə bilər.

Bunu İran prezidenti İbrahim Rəisi yerli televiziya kanallarına açıqlamasında deyib.

İ.Rəisinin sözlərinə görə, İran qonşu ölkələrlə tranzit və digər sahələr üzrə əməkdaşlıq barədə bir sıra razılaşmalar imzalayıb:

“Bu sənədlərin çox böyük əhəmiyyəti var. Qonşu ölkələrlə imzalanan müqavilələr iqtisadi inkişafa kömək edə bilər”, - deyə İran prezidenti bildirib.

İ.Rəisi qeyd edib ki, İranın limanları qonşu ölkələrlə ticarət dövriyyəsində əhəmiyyət kəsb edən amildir.

Qeyd edək ki, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana tədarük edilməsi üzrə üçtərəfli müqavilə imzalanıb. Müqavilənin icrasına dekabrın 22-dən başlanılacaq və gündəlik 5-6 milyon kubmetr qaz tədarük ediləcək.