Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan Ordusunun yaradılmasından 105 il ötür

İyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.

105 il öncə həmin gün Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi birləşmə-Xüsusi korpus yaradılıb.

1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ordu bayramı oktyabrın 9-da - gələcək milli ordunun ilk batalyonunun yarandığı gün qeyd edilirdi. 1998-ci ilə qədər belə olub. Həmin il prezident Heydər Əliyevin fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

2020-ci ilin payızındakı 44 günlük Qarabağ müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin çağdaş tarixində mühüm mərhələ olub. Döyüşlər zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, keçmiş Ağdərə rayonunun bir hissəsi, Hadrut qəsəbəsi və Xocavənd rayonunun bir sıra kəndləri erməni işğalından azad edilib. Şuşa qala-şəhərin azad edilməsi istiqamətində parlaq əməliyyat hərbi kampaniyanın zirvəsi oldu.

Bundan sonra Ermənistan təslim olaraq qoşunlarını Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxardı.