Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan Ordusunun əsgəri Laçında azaraq erməni tərəfinə keçib

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.


Pressklub.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


Qeyd olunub ki, hərbi qulluqçunun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) isə Azərbaycan Ordusunun hərbçisinin saxlanıldığı barədə məlumatı təsdiqləyib.

MTX-dan verilən məlumata görə, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan-Ermənistan şərti sərhədinin Syünik vilayətinin Teğ icması istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi təmas xəttini keçib.

Azərbaycan hərbçisinin Ermənistan ordusunun əsgərləri tərəfindən saxlanıldığı bildirilir.

Hadisə ilə bağlı cinayət işinin başlandığı qeyd olunur.