Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Azərbaycan Laçın dəhlizini ermənilərin getməsi üçün açacaq" - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 26-da hökumətin iclasında çıxışında Azərbaycanın Qarabağ ermənilərinə qarşı "sui-qəsdini" açıqlayıb.

"Bizdə olan məlumata görə, Bakının planı belədir. Dağlıq Qarabağa iqtisadi və psixoloji təzyiqi kulminasiya nöqtəsinə çatdırıb, sonra Dağlıq Qarabağ ermənilərinin evlərini kütləvi şəkildə tərk edəcəyi ümidi ilə dəhlizi bir neçə gün müddətinə açmaq və sonuncu erməni Dağlıq Qarabağı tərk edənə qədər bunu etmək", deyə o bildirib.

Paşinyanın sözlərinə görə, bu, Azərbaycanın yeganə məqsədi deyil. Bakı sülh danışıqları prosesini pozmağa və regionda yeni müharibəyə başlamağa çalışır. O, Bakının hərəkətlərini pisləmək və Qarabağ ermənilərinin blokadasından əl çəkməyə məcbur etmək üçün beynəlxalq səyləri fəallaşdırmağa çağırıb. O, həmçinin faktların müəyyən edilməsi üçün Laçın dəhlizinə beynəlxalq missiya göndərməyə çağırıb. "Biz bu istiqamətdə ardıcıl şəkildə işləməliyik", deyə Paşinyan qeyd edib.