Azərbaycan İtaliyadan C-27J Spartan təyyarələri alır
09 İyun 2023
İyunun 8-də Azərbaycan İtaliyadan C-27J Spartan təyyarələri alınması barədə müqavilə imzalayıb.
Bu barədə "Leonardo" şirkəti məlumat yayıb.
"Leonardo" şirkəti bildirir ki, Azərbaycan nümayəndə heyəti iki ölkənin müdafiə nazirlərinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə müqavilənin imzalanması üçün İtaliyada olub.
"İlkin olaraq enerji sektoru ilə əlaqəli olan İtaliya - Azərbaycan arasındakı əməkdaşlıq İtaliya Müdafiə Nazirliyinin işçi qrupunun verdiyi dəyərli töhfə sayəsində indi müdafiə sənayesi məhsullarının tədarükü istiqamətində də genişlənir. Ən çətin əməliyyat ssenarilərində uzun illər sübut edilmiş təcrübəyə malik olan "Leonardo"dan C-27J-nin alınması proqramı İtaliya və Azərbaycan Müdafiə Nazirlikləri arasında keçirilən texniki müzakirələrin nəticəsidir. Bu müqavilə İtaliya sənayesinin məhsullarına daha çox diqqət yetirən Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi proqramının tərkib hissəsidir", deyə məlumatda bildirilir.
"Ən çətin coğrafi, ətraf mühit və əməliyyat şəraitində özünü sübut edən Leonardonun C-27J Spartan təyyarələri geniş çeşidli müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirməyə qadirdir.
Dünyada müxtəlif hava qüvvələri ilə əməliyyatlarda əldə edilmiş geniş təcrübə bu təyyarəni hərbi nəqliyyat missiyaları, paraşütçülərin və materialların havadan atışları, qoşunların taktiki dəstəyi, xüsusi təyinatlıların əməliyyatları, humanitar yardım və fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün mühüm hava nəqliyyat vasitəsi kimi tanıdıb", deyə "Leonardo" şirkəti bildirir.
Bununla yanaşı, xəbərdə Azərbaycanın neçə ədəd bu tiplli təyyarə alacağı və təyyarələrin nə vaxt Azərbaycana təhvil veriləcəyi, həmçinin qiymətləri ilə bağlı məlumat verilmir.
Xatırladaq ki, Azərbaycan müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov iyunun 7-də Romada İtaliyanın müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.
Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirovun da iştirak etdiyi görüşdə Azərbaycan ilə İtaliya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.