Azərbaycan Formula-1-ə ev sahibliyinə davam edəcəkmi?
11 Aprel 2023
Azərbaycan daha bir neçə il Formula-1 yarışlarına ev sahibliyi etməyə davam edə bilər. Bu yarışlar Bakıda 2016-cı ildən keçirilir. Hərçənd, təşkilatçı tərəflə bağlanan mövcud müqaviləyə əsasən, Bakı 2023-cü il bu yarışlara sonuncu dəfə ev sahibliyi etməlidir. Amma ötən həftə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov bildirib ki, Formula-1 Azərbaycan Qran-Prisinin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir.
Bu il bu yarışların Bakıda aprelin sonunda (28-30 aprel) keçirələcəyi gözlənir. Artıq martın sonundan şəhərin mərkəzində dəmir qəfəslərin, ötən həftədən isə yollarda beton blokların quraşdırılmasına başlanıb. Mərkəzi yolların müəyyən hissəsinin bağlanması fonunda yarışın növbəti illərdə də davam edəcəyi ehtimalı sosial şəbəkələrdə tənqidlərə səbəb olub. Təşkilatçılar isə, hələlik, bu tənqidlərə bir elə də reaksiya vermirlər.
Rəsmi məlumata görə, Formula-1 üçün biletlərin qiyməti 40-870 manat arasında dəyişir. Biletlərin çoxunun artıq satıldığı və bu il bilet satışının rekord həddə çatdığı deyilir. Ən çox bilet Azərbaycan, Böyük Britaniya və Niderlanddan alınıb.
Rəsmi məlumatlarda o da bildirilir ki, 2022-ci ildə yarışın keçirildiyi vaxt ölkəyə 70-dək ölkədən 10 minə yaxın turist gəlib.
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən də "Turan"a deyilib ki, bu il Azərbaycan Qran-Prisinə yerli azarkeşlərlə yanaşı, xarici azarkeşlərin də marağı artıb və biletlər 100-ə yaxın ölkənin azarkeşlərinə satılıb.
Qurumdan iddia edildiyinə görə, bu yarışların Azərbaycanda keçirilməsinin bir çox üstünlükləri var: "Bakıda keçirilmiş ilk dörd yarış ölkə iqtisadiyyatına ümumilikdə 506.3 milyon dollar gəlir gətirib. "PricewaterhouseCoopers" (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, həmin yekun məbləğ yarışlar ərəfəsində Formula-1 ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir".
Amma rəsmilər gəlirləri sadalasalar da, ona çəkilən xərclərdən bəhs etmirlər.
O ki, qaldı müqavilənin uzadılıb-uzadılmayacağına, qurumdan vurğulayıblar ki, müqavilənin uzadılması ilə bağlı danışıqlar aparılır, nəticə barədə məlumat veriləcək
Formula-1 2020-ci ildə koronavirus səbəbindən Azərbaycanda təxirə salınıb. 2021-ci il isə azarkeşsiz keçirilib. Nəticədə ilk dörd ildən sonra bu yarışlara görə gəlirlərin də bir elə çox olmadığı təxmin edilir.
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, düzgün, doğru idarəetmə və təşkilatçılıq olsaydı, Azərbaycan da bu yarışlardan, digər ölkələr kimi, kifayət qədər gəlir götürərdi.
O vurğulayıb ki, Formula-1 özü-özlüyündə birbaşa gəlir gətirmir: "Ölkə tanıtımından sonra investisiyaların, marağın artması ölkəyə dolayı gəlirlər gətirir. Azərbaycanda qəribəsi odur ki, Formula-1 də var, turizmlə bağlı proqramlar da qəbul olunub, amma turizmin inkişafı görünmür. Çünki ölkədə rəqabətli mühit yoxdur, qiymətlər çox bahadır, quru sərhədlər bağlıdır (2020-ci ilin martından koronavirusla bağlı). Yəni, siz əgər Formula-1 yarışını keçirirsinizsə və bunun hədəfi turist cəlb etməkdirsə, Azərbaycan turist cəlb etmir. Problem budur".
Cəfərlinin fikrincə, Formula-1 vasitəsilə ölkəyə investisiya cəlb etməsində də problem var: "Ölkəyə neft-qaz sektorundan başqa investisiyalar gəlmir. Ona görə də Formula-1-in keçirilməsi özü özlüyündə problem deyil, problem onun idarə edilməsindədir, çünki xərclər şəffaf deyil, gəlir və xərclər arasında balansı bizə bu günə qədər izah edilməyib. Dividentlər də görünmür, çünki turist sayı artmır və xarici investor gəlmir".
İqtisadçının sözlərinə görə, açıqlanan rəsmi mövqelərdən görünür ki, bu yarış üçün Bakının seçilməsində həmin yürüşün şəhərin tarixi yerlərindən keçməsi mühüm rol oynayıb: "Dünyada bir Monakodur və bir də Bakıdır ki, şəhərin mərkəzində bu yarış keçirilir".
O hesab edir ki, yox, əgər bu amil başlıca rol oynamırsa, Azərbaycan tərəfi danışıqlar apararaq Formula-1 yarışının Bakı yox, başqa şəhərdə keçirilməsi ilə bağlı qərar verilə bilər.