Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya: "Həmrəylik halqası" yaradıldı

u gün Sofiyada modernləşdirilmiş "Həmrəylik halqası" vasitəsilə Azərbaycandan Avropaya əlavə qaz həcmlərinin nəqlinə dair memorandum imzalanıb

Sənədi Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə Azərbaycan, Bolqarıstan və Rumıniyanın energetika nazirləri- Pərviz Şahbazov, Rozen Xristov və Vircil-Daniel Popesku, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Slovakiyanın iqtisadiyyat naziri Karel Xirman imzalayıblar.

Memorandum Bolqarıstanın Bulgartransgaz, Rumıniyanın Transgaz, Macarıstanın FGSZ, Slovakiyanın Eustream qaz nəqliyyat sistemlərinin operatorları və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafını nəzərdə tutur.

"Həmrəylik halqası" (STRİNG) təşəbbüsü Bolqarıstan tərəfindən irəli sürülüb və Avropa İttifaqı, Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz nəqlinin təhlükəsizliyinin artırılması məqsədilə Avropa Komissiyası tərəfindən dəstəklənib.

İmzalanma mərasimində prezident İlham Əliyev bildirib ki, əldə olunan saziş Azərbaycan qazının Avropaya ixracının artırılmasına xidmət edəcək.

"Azərbaycan təkcə energetika sahəsində deyil, digər sahələrdə də Avropanın mühüm və etibarlı tərəfdaşıdır", - Əliyev deyib.

"Bu ilin sonuna qədər əgər bütün interkonnektorlar qoşularsa, Macarıstan və Slovakiyaya nəqlə başlamağı planlaşdırırıq. Azərbaycan enerji təchizatının coğrafiyasını 6 ölkədən 10 ölkəyə qədər artıracaq", - prezident bildirib.

Öz növbəsində Avropa İttifaqının energetika üzrə komissarı Kadri Simson öz videomüraciətində bildirib ki, Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır. Onun sözlərinə görə, imzalanmış sənəd Avropanın enerji təhlükəsizliyini gücləndirəcək.

2022-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 11,4 milyard kubmetr ixrac edib, 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya ixracı 20 milyard kubmetrə çatdırılacaq.