Azərbaycan Avrasiya Birliyinə üzv olarmı?
09 İyun 2023
Azərbaycan Baş naziri Əli Əsədov iyunun 8-də Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edib. Prezident İlham Əliyev də bu yaxınlarda Ali Avrasiya İqtisadi Şurasının toplantısına qonaq kimi qatılmışdı.
Ə.Əsədov iclasda bildirib ki, ötən ilin yekunlarına görə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrlə əmtəə dövriyyəsi 31 faiz artaraq 4.7 milyard dollar təşkil edib: "Azərbaycanın xarici ticarət dövriyyəsində Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin payı təqribən 9 faiz təşkil edib. Cari ilin yanvar-aprel aylarında əmtəə dövriyyəsinin artımı 38 faizə bərabər olub".
AİB-ə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir.
Deputat Elşad Mirbəşiroğlu "Turan"a bildirib ki, Azərbaycan onun milli maraqlarına uyğun olan bütün platformalarda hər zaman fəallıq nümayiş etdirir: "Nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrində geniş əməkdaşlıq potensialı mövcuddur. Ona görə də istənilən platforma Azərbaycan üçün əhəmiyyətlidir. O platformalarda ki, biz yeni ünsiyyət imkanları və yaxud da artıq qurulmuş əlaqələrin daha da inkişaf etdirilməsi perspektivlərini görürük, orada iştirak edirik".
Deputatın fikrincə, bu, kifayət qədər düzgün yanaşmadır: "Ermənistan xaric, Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə biz həm kifayət qədər inkişaf etmiş, oturuşmuş siyasi münasibətlərə malikik, həm də ki, çoxistiqamətli iqtisadi əlaqələrimiz var. Bu baxımından, Azərbaycanın Avrasiya İqtisadi Birliyi çərçivəsində müzakirələrdə iştirakı bizim iqtisadi maraqlarımıza cavab verə bilər".
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın AİB-ə üzv olmasına ehtiyac yoxdur: "Hal-hazırda Rusiya Azərbaycana elə bir təzyiq göstərəcək vəziyyətdə deyil. Düzdür, Qarabağda onun hərbi kontingenti var, amma özü müharibə aparır, sanksiyalar altındadır".
Onun fikrincə, Azərbaycanın rəsmi şəxsləri AİB toplantılarında ona görə iştirak edir ki, bir daha Rusiya prezidenti Vladimir Putinə yaxınlıqlarını ifadə etsinlər: "Ukraynada gedən müharibənin və yaxud Rusiya-Qərb qarşıdurmasının hələ nə ilə nəticələnəcəyini tam olaraq bilmirlər. Ona görə də həm Qərblə bir sıra məsələlərdə yaxınlıq etməyə çalışırlar, həm də bu platformalarda iştirakla Rusiyaya yaxın olduqlarını Rusiyaya bildirmiş olurlar".
Politoloq hesab edir ki, Azərbaycanın AİB-ə üzv olub-olmaması Ukraynada gedən müharibənin nəticələrindən asılı olacaq: "Əgər Rusiya Ukraynada qalib gələcəksə və bu bölgədə daha çox söz sahibi olacaqsa, əlbəttə ki, bu mümkündür. Amma ehtimalı aşağıdır. Mən bunu Azərbaycan rəhbərliyinin istəməməyinə bağlamıram, onu situasiyaya bağlayıram ki, Azərbaycan iqtidarı vəziyyətə baxır. Rusiya qalib gələrsə, həmin ittifaqa üzv ola bilər, ölkənin maraqları onları o qədər də maraqlandıran mövzu deyil".

"İstənilən platforma Azərbaycan üçün əhəmiyyətlidir"

"Rusiyaya yaxın olduqlarını bildirmiş olurlar"