Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan 1,5 milyard dollardan məhrum olacaq...

Millət vəkili Vüqar Bayramov Rusiyadan Azərbayacana pul köçürmə platformalarından birinin bloklanmasına münasibət bildirib.

Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcminin azalacağı gözlənilir.

“Rusiyanın Mərkəzi Bankı il ərzində Rusiyadan Azərbaycana 1 milyard dollardan artıq vəsaitin göndərildiyini bildirir. Eyni zamanda, bank sektorundan kənar ödənişlər də var. Bu baxımdan fərqli hesabatlarda bu rəqəmin illik 1,5 milyard dollar ətrafında dəyişdiyi qeyd olunur. Təbii ki, Rusiyanın özündə alıcılıq qabiliyyətinin, eləcə də gəlirliliyin aşağı düşməsi Azərbaycana göndərilən vəsaitlərin həcminə təsirsiz ötüşməyəcək. Digər tərəfdən həm də köçürmələrdə çətinliklər var. İndiki halda rublla köçürmələrdə ciddi çətinliklər olmasa da, digər valyutalarla köçürmədə çətinliklər müşahidə olunur. Həmçinin Rusiyadan digər ölkələrə köçürmələrdə də çətinliklər olacaq. Bütövlükdə məhz Rusiyaya tətbiq edilən sanksiyalar, iqtisadiyyatında müşahidə edilən son dəyişiklikləri nəzərə alsaq, Rusiyadan ölkəmizə köçürülən vəsaitlərin həcminin azalacağı proqnozlaşdırılır”, - deyə deputat qeyd edib.