Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azaraq Ermənistana keçən Ruslan Pənahov Azərbaycana qaytarılacaq

İrəvan azaraq şərti sərhədi keçdiyinə görə tutulan Azərbaycan əsgərini geri qaytarmağa qərar verib.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, azan hərbi qulluqçuların tez bir zamanda geri qaytarılması ilə bağlı Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən, eyni zamanda xoşməramlı jest olaraq, Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, bunadn əvvəl Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.