Ayxan Hacızadə: “Ermənilər Ağdam-Xankəndi yolunun açılması barədə razılaşmanı pozublar”
12 Avqust 2023
Son günlərdə beynəlxalq tərəfdaşların səyləri nəticəsində Ağdam-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq mövcud idi. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ayxan Hacızadə Rusiyanın "Kommersant" nəşrindəki məqaləni şərh edərkən bildirib. Məqalədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun belə təklif irəli sürdüyü, Bakı və Xankəndi arasında ilkin razılaşmanın əldə olunduğu, lakin Qarabağ separatçılarının bunu pozduğu bildirilib.
Bununla yanaşı, Azərbaycan tərəfinin təklifi əsasında Yevlaxda Azərbaycan nümayəndələrilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı”, - Hacızadə qeyd edib.
Lakin bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozublar.
“Onların və bu mövzunu siyasi manipulyasiya alətinə çevirən Ermənistanın pozucu fəaliyyəti qarşı tərəfin sülh və sabitlikdə, habelə bu istiqamətdə dialoqda maraqlı olmadıqlarını bir daha nümayiş etdirib.
Bununla yanaşı, qeyd edilən addımlar humanitar mövzuda iddiaların əsassız olduğunu bir daha sübut edərək bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir”, - Ayxan Hacızadə bildirib.