Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropanın iki nəhəng dövləti Rusiyanın 75 diplomatını geri göndərir

Fransanın Rusiyanın bir neçə diplomatını ölkədən xaric edəcəyi bildirilib.

Fransanın Xarici İşlər Nazirliyindəki mənbə qeyd edib ki, fəaliyyətləri dövlət maraqlarına zidd olan çox sayda rus diplomatı ölkədən çıxarılacaq.

Onların sayı 35 nəfər göstərilib.

Qərarın məqsədi də açıqlanıb - Fransa və bütünlükdə Avropanın təhlükəsizliyini təmin etmək.

Almaniya isə 40 rus diplomatını arzuolunmaz şəxs (persona non-qrata) elan edib.

Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok açıqlamasında deyib.

Rusiya tərəfi Avropanın iki dövlətinin ümumilikdə 75 diplomatın geri göndərilməsinə cavabı çox gözlətməyib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova buna görə cavab tədbirləri görüləcəyini bildirib.