Avropa Parlamentinin deputatları gecə klubunda dava saldı
07 May 2022
Fransa polisi ötən gecə Avropa Parlamentinin deputatlarının iştirakı ilə baş verən insidenti araşdırır.
Yerli DNA (Les Dernières nouvelles d'Alsace) agentliyinin xəbərinə görə, hadisə Strasburqdakı gecə klubunda baş verib.
Estoniyadan olan 2 deputat gecə barına girərkən mühafizə xidməti onlardan qarderob üçün ödəniş tələb edib. Lakin deputatlardan biri bundan imtina edərək mühafizəçini təhqir edib.
Digər deputat isə mühafizəçini vuraraq yerə yıxıb. Barın rəhbərliyi müştərilərin Avropa Parlamentinin deputatı olduğunu bildiyi üçün münaqişənin böyüməsinə imkan verməyib.
Estoniya mətbuatı insidentdə adı keçən deputatları müəyyən edib. Onlardan biri keçmiş baş qərargah rəisi Riho Terras, digəri isə, vaxtilə Hitlerlə bağlı müsbət fikirlərinə görə qalmaqal yaratmış Yaak Madisondur.