Avropa Məhkəməsində Azərbaycandan 2100 ərizə baxılmaq üçün növbəsini gözləyir
23 May 2023
Mayın əvvəlinə Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan 2100 ərizəyə baxılması gözlənilir, təşkilatın saytında bildirilir.
Bu, Strasburq məhkəməsində araşdırması gözlənilən bütün şikayətlərin 2,7 faizini təşkil edir, vəkil Xalid Ağaliyev bildirib.
“2022-ci ilin sonunda Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan 2150 ərizə olub. Son 4 ayda məhkəmə Azərbaycandan 140 iş üzrə qərarları elan edib", - Ağaliyev deyib.
Ümumilikdə, Avropa İnsan Hüquqları Məhkəməsində 76 700 ərizəyə baxılmalıdır, 2022-ci ilin sonunda onların sayı 74 650 ərizə olub.
Baxılmasını gözləyən şikayətlərin 23 min 250-i Türkiyədən göndərilib. Sonra Rusiya – 15 700 və Ukrayna - 9 950 gəlir.