Avropa Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı müvəqqəti təminat tələbini rədd edib
14 İyul 2023
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müvəqqəti təmin tədbirlərinin tətbiqi ilə bağlı Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə Ermənistanın 2023-cü il 21 iyun tarixli tələbini tamamilə rədd edib.
Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib.
Belə ki, Avropa Məhkəməsi Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğuna dair qərar qəbul edib.
Avropa Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 2022-ci ilin 21 dekabr tarixli Qərarını pozduğunu müəyyən etməyib. (Report)