Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa Liqası: "Sevilya" və "Roma" finalda

UEFA Avropa Liqasında finalçıların adına aydınlıq gəlib.

Yarımfinalın cavab oyununda Almaniyada "Bayer"lə qolsuz bərabərə qalan İtaliya "Roma"sı adını həlledici görüşə yazdırıb. İlk matçda "canavar"la 1:0 hesablı qələbə qazanmışdı.

Yarımfinal mərhələsinin digət cavab oyununda İspaniyada İtaliya "Yuventus"una 2:1 hesabı ilə qalib gələn "Sevilya" tarixində 7-ci dəfə bu turnirdə adını finala yazdırıb.

Komandalar arasında keçirilmiş ilk görüş heç-heçə yekunlaşmışdı - 1:1.

"Sevilya" finalda İtaliyanın digər təmsilçisi "Roma" ilə qarşılaşacaq.

UEFA Avropa Liqası
Yarımfinal, cavab oyunları
18 may


23:00. "Sevilya" (İspaniya) - "Yuventus" (İtaliya) - 2:1 (ƏLAVƏ VAXTDA - 1:0)
Qollar: 
Suso, 72. Erik Lamela, 95 - Duşan Vlahoviç, 65
Qırmızı vərəqə: Markos Akunya, 115 ("Sevilya")
Baş hakim: Denni Makkeli (Niderland)
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu
İlk oyun - 1:1

23:00. "Bayer" (Almaniya) - "Roma" (İtaliya) - 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Leverkuzen, "Bay Arena"
İlk oyun - 0:1