Arutyunyan ortaya çıxdı: Paşinyanın adını çəkmədən onun əleyhinə danışdı
24 May 2023
Mayın 23-ü axşam saatlarında Qarabağ separatçılarının lideri Arayik Arutyunyan bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanı öz çıxışlarına görə qınayan digər separatçıların səsinə qoşulub.
Arayik Arutyunyan müraciətində bildirib ki, Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayıb və olmayacaq.
“Mən Ermənistan hakimiyyətinə müraciət edirəm ki, "Artsax"ın Azərbaycanın bir hissəsi kimi tanınması ilə bağlı hər hansı hərəkət və bəyanatlardan çəkinsin, daxili və beynəlxalq sənədlərlə götürdüyü öhdəliklərə əməl etsin”.
Arutyunyan həmçinin Rusiya prezidenti Vladimir Putinə Ermənistan, Azərbaycan və Rusiya başçılarının 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında götürülmüş öhdəliklərin yerinə yetirilməsini təmin etmək çağırışı ilə müraciət edib.
“Biz beynəlxalq formatda dialoqa, münaqişələrin həllinə və sülhə hazırıq, lakin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanırıq. Biz Azərbaycan üçün heç bir təhlükə yaratmırıq, lakin "Artsax" xalqının özünümüdafiə hüququ var”, - deyə Arutyunyan bildirib.
Maraqlıdır ki, Arutyunyan Paşinyanın adını çəkməyib və digər Qarabağ fiqurlarından fərqli olaraq, Paşinyanı ermənilərin milli maraqlarına xəyanət etməkdə ittiham etməyib.