Artıq çox gecdir... - Tramp İranla danışıqlar barədə
04 Mart 2026
ABŞ Prezidenti Donald Tramp İran tərəfi ilə danışıqlardan imtina edib.
O, bu barədə özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb.
Prezident qeyd edib ki, İranın hava hücumundan müdafiə (HHM) sistemi, hərbi-hava qüvvələri (HHQ), hərbi-dəniz qüvvələri (HDQ) və rəhbərliyi "məhv edilib".
"Onlar danışıqlar istəyirlər. Mən isə dedim, artıq gecdir!", - Tramp yazıb.