Logo
news content
User
Kateqoriyalar

Xəbər

Armen Qriqoryan təsdiq etdi: “İrəvanla Bakı arasında danışıqlar gözlənilir”

“Yaxın vaxtlarda İrəvanla Bakı arasında danışıqlar gözlənilir”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, hər iki tərəfdən olan nümayəndələr sülh sazişi üzrə danışıqları davam etdirmək üçün yaxın zamanlarda görüşəcəklər: “Yaxın zamanlarda danışıqlar gözlənilir. Bu səbəbdən biz hazırladığımız sülh müqaviləsinin layihəsini Azərbaycana göndərməmişik. Hazırda müzakirələr davam edir”.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın tezliklə danışıqlar masasına qayıdacağının gözlənildiyini bildirmişdi.