Araikin müsahibəsi nə göstərdi? - Ermənilər hələ də ağıllanmayıblar
07 Avqust 2023
Bazar günü Qarabağ separatçılarının lideri yerli TV-yə müsahibəsində bölgədəki vəziyyəti şərh edib.
Arutyunyan rəsmi Yerevanı Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasında ittiham edib. O hesab edir ki, Qarabağın indiki "blokadasına" məhz bu tanınma səbəb olub.
Arutyunyan etiraf edir ki, 10 noyabr 2020-ci il tarixli bəyanat Qarabağda ümid yaratmışdı ki, Rusiya sülhməramlılarının himayəsilə ermənilər geri qayıdacaqlar və Qarabağ müstəqil vahid kimi mövcud olacaq, onun statusu isə daha sonra müəyyənləşdiriləcək.
Lakin 2021-ci il növbədənkənar seçkilərdən sonra Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqla yanaşı, Rusiyadan uzaqlaşma prosesinə də başlayıb. Bütün bunlar bu gün konsentrasiya düşərgəsinə çevrilmiş Qarabağı "soyqırım"ın astanasına gətirib, Arutyunyan deyib.
O hesab edir ki, Bakı Zəngəzur dəhlizi məsələsində Yerevandan güzəştlər əldə etmək üçün qarabağlılardan girov kimi istifadə edir. O, qarabağlıların Ağdam yolundan istifadə imkanlarını da rədd edib.
Bakı ilə dialoq çağırışlarına gəlincə, Arutyunyan əvvəlki mövqeyini təkrarlayıb ki, bu cür danışıqlar beynəlxalq vasitəçiliklə aparıla bilər.
Sonda separatçıların lider bildirib ki, Qarabağ öz müstəqilliyi uğrunda mübarizədən əl çəkməyəcək. O, Yerevanı Qarabağın özünütəyin etməsini şübhə altına alan addımlardan və bəyanatlardan çəkinməyə çağırıb.
“Heç kimin bizim özünütəyin etməsi hüququmuzu şübhə altına almağa və məhdudlaşdırmağa haqqı yoxdur və Qarabağ xalqı erməni xalqının dəstəklədiyi bu hüquq uğrunda mübarizə aparmağa hazırdır", - Arutyunyan vurğulayıb.