Logo
news content
User
Kateqoriyalar

Xəbər

Araikin ən yaxın adamı Xankəndidən Fransaya qaçdı

Qarabağda erməni separatçıların nümayəndəsi, özünü “ərazi idarəetmə naziri” kimi təqdim edən Hayk Xanumyan Fransaya qaçıb.

Bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə Araik Aruthunyanın ən yaxın adamı hesab edilən Xanumyan dələduzluq edərək külli miqdarda pul götürərək Fransaya qaçıb. Hayk Xanumyanın bir neçə nəfərə toplam 10 milyon dollara yaxın pul “atdığı” üzə çıxıb.

Belə ki, müharibədən sonra Qarabağda bir sıra əkin sahələrinə sahiblənmə, habelə tikilən yeni evlərdən mənzillə təmin olunması, eyni zamanda, işə düzəltmə adı altında Xanumyan bir çoxlarına vəd verib və pul alıb.Xanumyanın aprelin 23-dən Ermənistana getdiyi və buradan Parisə uçduğu bildirilir.

Erməni mediası iddia edir ki,  Xanumyan “Ameribank”da 2020-ci ildə 640 min dollar kredit götürüb və bu vəsaiti də bu günə qədər ödəməyib.

Qeyd edək ki, erməni mediasının məlumatına görə Hayk Xanumyan hətta Araik Aruthunyana məxsus olan böyük meyvə bağlarını girov qoyaraq külli miqdarda pul krediti götürməsi də məlum olub.