Apellyasiya Məhkəməsi Qubad İbadoğlunu azad etməyib
07 Avqust 2023
Avqustun 7-də Apellyasiya Məhkəməsi tanınmış iqtisadçı Qubad İbadoğlunun həbsinin ev dustaqlığına dəyişdirilməsilə bağlı şikayəti təmin etməyib.
Məhkəmə şikayəti "əsassız" hesab edib, vəkil Bəhruz Bayramov bildirib. İbadoğlu məhkəmədə iştirak edib və yenə də özünü günahkar hesab etməyib və siyasi fəaliyyətinə görə təqib olunduğunu bildirib.
İbadoğlunun səhhətinin pis olmasına gəlincə, vəkil ağır olaraq qaldığını təsdiqləyib, bu, Penitensiar Xidmətin həkim briqadası tərəfindən də təsdiqlənib.
Xatırladaq ki, İbadoğlu 204.3.1-ci maddə (saxta pul hazırlamaq) üzrə həbs edilib. Daha öncə Nərimanov məhkəməsinin qərarı ilə 3 ay 26 gün həbs edilib.