Antonio Quterreş: “Nüvə təhlükəsi yenidən reallığa çevrilib”
26 May 2022
BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasına hesabatında nüvə münaqişəsinin real təhlükəyə çevrildiyini bəyan edib.
Quterreş məruzəsində Rusiyanın Ukraynaya endirdiyi hava zərbələri nəticəsində xəstəxanaların, məktəblərin, çoxmənzilli binaların, sosial müəssisələrin dağıldığını vurğulayıb: “12 milyon ukraynalı yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. Mühasirəyə alınan şəhərlərdə mülki əhali məhrumiyyətlərə məhkum edilib, girov vəziyyətinə salınıb. Ağlasığmaz görünən nüvə münaqişəsi təhlükəsi yenidən reallığa çevrilib”.
Baş katib bildirib ki, mülki əhalini müdafiə etməyin ən effektiv yolu silahlı münaqişələrin qarşısını almaq, problemi diplomatik yolla nizamlamaqdır: “Bu alınmırsa, onda heç olmasa beynəlxalq humanitar qaydalara riayət etməklə, insan hüquqlarına hörmətlə yanaşmaqla mülki şəxsləri əzab-əziyyətdən qurtarmaq, yaxud onların iztirablarını azaltmaq mümkündür”.
Antonio Quterreş Rusiya-Ukrayna müharibəsinin fəsadlarının qlobal miqyasda, ilk növbədə əhalinin qida ilə təmin olunması məsələsində duyulduğunu söyləyib: “Hərbi əməliyyatlar ərzaq təchizatı sistemini pozulub, həm ərzağın, həm də gübrənin qiyməti bir neçə dəfə artıb. Bu isə inkişaf etməkdə olan ölkələrdə siyasi baxımdan qeyri-sabitlik yarada bilər.
Qiymət artımı ilk növbədə dünyanın ən yoxsul təbəqəsini vura və sosial gərginlik səbəbindən bir sıra daxili və dövlətlərarası münaqişələrə səbəb ola bilər”.
Quterreş öz məruzəsində münaqişə tərəflərini insan haqlarına və beynəlxalq hüquqa hörmətlə yanaşmağa çağırıb.
Çoxsaylı hərbi canayətlərə görə Rusiyanın ünvanına xüsusi irad səsləndirməyən BMT-nin baş katibi yalnız müharibənin Ukraynada humanitar fəlakətə səbəb olduğunu etiraf edib.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq hər iki ərazidə separatçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk vilayətlərində qurulmuş rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. (Novator)