Anna Malyar: "Rusiya bütün qüvvələrini döyüşə atıb"
21 İyun 2023
Rusiya ordusu Donetsk regionun Liman-Kupyansk istiqamətində xeyli fəallaşıb.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının iyunun 20-də verdiyi məlumata görə Rusiya qüvvələrinin əsas diqqəti müdafiə əməliyyatlarının keçirilməsinə və Ukrayna ordusunun hücumunun dayandırılmasına yönəlib.
İyunun 19-da Ukrayna müdafiə nazirinin müavini Anna Malyar demişdi ki, Ukrayna ordusunun irəliləməsi son dərəcə çətinləşib, çünki Rusiya ixtiyarında olan bütün qüvvələri bu hücumun dayandırılmasına yönəldib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu xəbərdarlıq edib ki, Ukrayna Krımı və ya Rusiya ərazisini raket atəşinə tutarsa, onun “qərarların qəbul edilməsi mərkəzlərinə” zərbələr endiriləcək.
Şoyqunun sözlərinə görə Ukrayna Silahlı Qüvvələri HIMARS və Storm Shadow raketləri ilə zərbələr endirilməsini planlaşdırır:
"Belə raketlərdən xüsusi hərbi əməliyyat (Moskva müharibəni belə adlandırır-red) zonasından kənarda istifadə edilməsi ABŞ və Britaniyanın münaqişəyə birbaşa cəlb olunması kimi qiymətləndiriləcək və yubadılmadan Ukrayna ərazisində qərarların qəbul edilməsi mərkəzlərinə zərbələr endirilməsinə yol açacaq”.
Şoyqu və başqa Rusiya rəsmiləri “xüsusi hərbi əməliyyat zonasının” nə demək olduğunu izah etmirlər.
Rusiya Ukraynaya qarşı təcavüzkar müdaxiləyə başlayandan bəri bu ölkənin bütün ərazilərinə hava zərbələri endirilib.
Rusiyanın beynəlxalq aləmdə tanınan əraziləri də atəşə tutulub. Maraqlıdır ki, Rusiya qismən işğal etdiyi Zaporojyeni “xüsusi hərbi əməliyyat zonası” hesab edir, amma ilhaq etdiyi Krımı bu zonaya daxil etmir.
Son həftələrdə Ukrayna ordusu Rusiyanın işğalı altında olan ərazilərdəki, o cümlədən Mariupol, Berdyansk və Luhansk vilayətlərindəki Rusiya qoşun birləşmələrinə uzaqvuran Storm Shadow raketləri ilə zərbələr endirib.
Ukraynaya silah verən Qərb ölkələri bildirirlər ki, Rusiya ərazisinə zərbələri təqdir etmirlər, amma Krım beynəlxalq qanunla Ukrayna ərazisidir.
Moskva “qərarların qəbul edilməsi mərkəzlərinə” zərbələrlə bundan əvvəl bir neçə dəfə hədələyib.
Rusiya iddia edir ki, may ayında belə zərbələrdən biri Ukrayna Kəşfiyyat İdarəsinin Kiyevdəki Baş Qərargahına endirilib.
Ukrayna tərəfi bu xəbəri təkzib edib.
Rusiya 35-ci ümumqoşun ordusunun qərargah rəisi general-mayor Sergey Qoryaçev Sankt Peterburqun Serafimov qəbirstanlığında dəfn olunub.
Onun Ukraynanın Zaporojye vilayətində həlak olduğu xəbər verilib.
Rusiya Müdafiə Nazirliyinin bu barədə rəsmi məlumatı açıqlanmayıb.
Fontanka saytının dərc etdiyi fotolarda dəfn mərasimindən görüntülər var. Fotolardan birində cənazənin üstündəki lövhədə 22.10.1970 – 12.06.2023 tarixləri görünür.
Qoryaçevin həlak olması barədə ilk məlumatı iyunun 12-də hərbi bloger Yuri Kotyonok vermişdi.
O yazırdı ki, general Zaporojye vilayətində davam edən döyüşlərdən birində raket zərbəsindən həlak olub.
Ukrayna ordusu bu istiqamətdə əks-hücuma keçmişdi.
Qoryaçev budan əvvəl Tacikistandakı 201-ci Rusiya hərbi bazasının komandiri olub.
Xəbər verilir ki, Qoryaçev Ukraynada həlak olmuş 10-cu Rusiya generalıdır.
Kreml region qubernatorlarına Ukraynada həlak olan yerli sakinlərin nekroloqlarını dərc etməməyi tövsiyə edib.
Bu barədə Vyorstka saytı Dövlət Dumasındakı anonim mənbəyə istinadla xəbər verir.
Jurnalistlər iddia edirlər ki, belə tövsiyələri Buryatiya, Tuva respublikalarının və Voloqda vilayətinin rəhbərliyi də alıb.
Rəsmilər bildirirlər ki, Ukraynada həlak olanlar barədə xəbərlər rusiyalıları narahat edir, müstəqil media isə bundan istifadə edərək ölü sayını hesablayır.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Xakasiya hakimiyyət orqanlarına əsgər nekroloqlarını dərc etməmək göstərişi vermişdi.

Şoyqu xəbərdarlıq edir

Ukraynada öldürüldüyü deyilən Rusiya generalı dəfn olunub

Nekroloqlara qadağan