“Ancaq başsağlığı verəndə bəziləri bilmişdi ki, Sara xanım mənim anamdır”
23 May 2023
“Gənclər mahnılarımı oxumaq üçün mənə zəng edib, icazə alırlar. Mən bunu ədəb-ərkan kimi qəbul edirəm. Onlara deyirəm ki, “mənim nə ixtiyarım var sizə deyim ki, “Sarı gəlin”-i, “Qaragilə”-ni oxumayın?” Xalq mahnısı hamımızındır. Bəstəkar mahnılarına da müğənninin ixtiyarı yoxdur desin ki, oxuma. Ancaq bəstəkar qadağa qoya bilər. Özünə hörmət edən müğənnilər bunu deyə bilməz. Mənim repertuarıma ən çox müraciət edən Sevda Ələkbərzadə olub. O mənim 10-dan çox mahnımı oxuyub. O bu mahnıları özününküləşdirib. Bir müddət əvvəl Zamiq mənim ifa etdiyim “Neyləyim” mahnımı oxumuşdu. Çox xoşuma gəlmişdi. Zamiqin özünə də dedim ki, sənətçi ömür boyu yol gedir, özünü tapa bilmir. O özünün münasibəti ilə, oxuma texnikası ilə, üslubu ilə özünü tapmışdı”.
Bunu tanınmış və sevilən sənətkar Akif İslamzadə deyib.
“Həmişə ağır günlərimdə, çətin dəqiqələrimdə millətimin mənə olan münasibətini hiss etmişəm. Dünyada hər şey qarşılıqlıdır. Bu yaşa, bu dövrə gəlməyimdə səbəb millətim, tamaşaçılarım olub. 35 ildir ki, səsimi itirmişəm. Bu illər ərzində onlar məni tənha buraxmayıblar. Həmişə yanımda olub, ürək-dirək veriblər. Bir dəfə anam Sara xanım da mənə dedi ki, “xalqın sənə başqa bir sevgisi var”. Səsimi itirəndə əvvəl pəjmürdə oldum. Zaman, vaxt keçdi, gördük ki, yaxşısı bu imiş. İnandırım sizi, hər hansısa ölkədə, firavanlıq içərisində yaşasaydım “Qaragilə”-ni oxuya bilməzdim. Oxusaydım da gərək, Bakıda olaydım, Bakıda yaşayaydım. Heç bir yerdə qərarım tutmur. 3-5 gün xaricdə yaşayanda burnumun ucu Bakı üçün göynəyir” deyə sənətkar bildirib.
Sənətkar vaxtilə ona qoyulan qadağalardan və anası, görkəmli sənətkar Sara Qədimovadan da danışıb.
“Cahangir Cahangirovun “Ay qız” mahnısını oxumuşdum. O illərdə bu mahnımı efirə buraxmırdılar, pozmuşdular. Yeni-yeni çıxanda belə şeylərin olması normal idi. Hətta bəzi mahnılarım üçün deyirdilər ki, “biz kommunizmə gedirik, Akif İslamzadə deyir ki, ötən günlərimi qaytarardılar”. Başları ağrımasın deyə efirə buraxmırdılar. Yavaş-yavaş tilsimi sındırdıq. Mənim üçün həmişə yaşıl işıq olmayıb. Çox çətinliklə bu yerlərə gəlmişəm. Sara xanımla şərt kəsmişdik ki, nə o mənim haqqımda, nə də mən onun haqqında danışım. O mənimlə bağlı heç kimə ağız açmayıb. Ağız aça da bilməzdi. Yas mərasimində mənə baş sağlığı verəndə bəziləri bilmişdi ki, Sara xanım mənim anamdır. Soyadlarımız başqadır deyə çoxu bilmirdi” deyə sənətkar bildirib. (Moderator.az)