Logo
news content
User
Kateqoriyalar

Xəbər

Anar Əsədli ev dustaqlığına buraxılıb

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli ev dustaqlığına buraxılıb.

Bu barədə Nərimanov Rayon Məhkəməsi qərar verib.

Məlumatı vəkili Hikmət Əliyev də saytımıza təsdiq edib.

Qeyd edək ki, A.Əsədli bu ilin aprelində həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunaraq ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirdi. (Qafqazinfo)