Almaniya razılıq verdi: Rusiya neftinə tam embarqo qoyulsun
29 Aprel 2022
Aprelin 28-də Almaniya Rusiya neftinə tam embarqo qoyulmasına qarşı olmadığını bəyan edəndən sonra dünya bazarında neftin qiyməti qalxıb.
The Wall Street Journal yazır ki, Avropa İttifaqındakı Almaniya nümayəndələri Rusiya neftinə tam qadağan qoyulmasına qarşı çıxmayacaqlar, amma alternative təchizat kanalı tapması üçün Berlinə zaman verilməlidir.
Bundan əvvəl, aprelin 26-da Almaniyanın iqtisadiyyat naziri Robert Habek demişdi ki, onun ölkəsi Rusiya neftinə Avropa İttifaqının tam embarqo qoymasının yaratdığı çətinliyin öhdəsindən gələ bilər.
O əlavə etmişdi ki, Berlin Rusiya neftinə tezliklə alternativ tapılacağına ümid edir.
Bu arada Brent markasından olan neftin qiyməti 1.41 dollar artaraq bir barrel üçün 106.73 dollara çatıb. ABŞ nefti isə 1.95 dollar bahalaşaraq bir barrel üçün 104.05 dollara yüksəlib.
Almaniya Rusiya neftindən son dərəcə asılıdır və buna görə də onun Avropa İttifaqı tərəfindən tam qadağan olunmasına qarşı çıxırdı.
Dəmir Pərdənin arxasındakı neft
Ukrayna müharibəsindən əvvəl Rusiya nefti Almaniyanın təchizatının üçdə birini təşkil edirdi.
Bundan bir ay əvvəl Almaniyanın iqtisadiyyat naziri Rusiya neftinin idxalının 25 faizə salındığı elan etmişdi.
Nyu Yorkdakı Again Capital LLC firmasının eksperti Con Kilduf deyib:
“Bunun nəticəsi olaraq azad dünyanın bazarındakı neft bahalaşacaq, Dəmir Pərdənin arxasındakı neft isə qiymətdən düşərək son dərəcə ucuzlaşacaq”.
Rusiya özünün enerji ixracından Moskvanın Ukraynaya müdaxiləsinə sərt reaksiya vermiş ABŞ və onun müttəfiqlərinə qarşı silah kimi istifadə etməyə çalışır.
Rusiya aprelin 27-də Polşa və Bolqarıstana verilən qazı kəsib. Moskva bununla Avropa İttifaqını qaz üçün ödənişlərin Rusiyanın qoyduğu yeni qayda, daha doğrusu rublla edilməsinə məcbur etməyə çalışır.
Rusiya prezidenti Vladimir Putin bu yeni qayda barədə sərəncamı ona görə verib ki, Aİ ölkələri üzərinə sanksiyalar qoyduqları Gazprombankda hesab açmağa məcbur olsunlar.
Dollar bahalaşıbsa, neft ucuzlaşacaqmı?
Rusiya İqtisadiyyat Nazirliyinin Reuters agentliyinin tanış olduğu sənədlərindən birinə görə Rusiyada neft hasilatı 2022-ci ildə 17 faiz azala bilər.
Reuters bildirir ki, buna baxmayaraq Rusiyanın da daxil olduğu OPEC+ qrupunun mayın 5-də keçiriləcək iclasında da hasilatın tədricən artırılmasına dair razılaşmanın qüvvədə qalacağı gözlənilir.
Bu da xəbər verilir ki, aprelin 28-də ABŞ dolları bahalaşaraq son 20 ildə ən yüksək həddinə çatıb.
Ekspertlər bildirirlər ki, dolların bahalaşması adətən neftin ucuzlaşması ilə müşayiət olunur.
Çin Pekində COVID-19-la bağlı karantin tədbirlərini sərtləşdirib və şəhərin 22 milyonluq əhalisinin kütləvi test olunmasına başlayıb.
Belə karantin tədbirləri adətən zavod və fabriklərin təchizatında fasilələr yaradır.
Bunun özü də neftə tələbatı kəskin azaldan amillərdən sayılır.