Almaniya "Leopard"ları Ukraynaya göndərdi, yardımı 5 dəfə artıracaq
28 Mart 2023
Almaniya hərbi yardım çərçivəsində Ukraynaya 18 ədəd “Leopard 2” tankı tədarük edib.
“Tagesschau”yanın verdiyi məlumata görə, bu barədə Almaniya kansleri Olaf Şolts Rotterdamda Niderlandın Baş naziri Mark Rutte ilə danışıqların yekununa dair mətbuat konfransında bildirib.
“Biz tədarükləri elan edildiyi kimi həyata keçirdik”, - Almaniya hökumətinin başçısı tankların Ukraynaya təhvil verilməsi ilə bağlı mediada yayılan məlumatları şərh edərkən vurğulayıb.
Qeyd edək ki, Ukrayna Almaniyanın vəd verdiyi bütün “Leopard 2” tanklarını alıb.
Xatırladaq ki, daha əvvəl Almaniya mətbuatında ölkənin Ukraynaya “Leopard 2”, Marder döyüş maşınları və əlavə ehtiyat hissələri təhvil verdiyi barədə məlumat yayılıb.
Bundan əlavə, Almaniya Ukraynaya hərbi yardımı 5 dəfə artırmaq və onu 15 milyard avroya çatdırmaq istəyir.
“Der Spiegel” yazır ki, Almaniya növbəti illərdə Ukraynaya hərbi yardımı dəfələrlə artırmaq istəyir.
"Berlin yardımı 3 milyard avrodan 15 milyard avroya qədər artırmaq istəyir", - “Der Şpiegel” əlavə edib.