Logo
news content
User
Kateqoriyalar

Xəbər

Akkuyu AES-in açılış mərasimi keçirilib - FOTOLAR/VİDEO

Türkiyədə Akkuyu atom elektrik stansiyasının açılış mərasimi baş tutub.

Mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin canlı bağlantı ilə qoşulublar.

https://www.youtube.com/watch?v=DOKe4O--dMg

Dövlət başçılarının çıxışından sonra AES-in təslimat sənədi Türkiyəyə təhvil verilib. Bununla da Türkiyə nüvə enerjisi istehsal edən azsaylı dövlətlərin sırasına qatılıb.

Rəsmi tədbir çərçivəsində “Akkuyu”da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bayrağı qaldırılıb.



“Akkuyu” Atom Elektrik Stansiyası rəsmi olaraq AES statusu alıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Akkuyu AES-in açılışında videokonfrans vasitəsilə çıxşında deyib ki, Türkiyə Akkuyu Atom Elektrik Stansiyası nəticəsində dünyada nüvə gücünə sahib ölkələrdən biri olur.

Onun sözlərinə görə, Rusiya ilk vaxtlardan bu məsələdə Türkiyəyə dəstək verib: "Buna görə həmkarım Vladimir Putinə təşəkkür edirəm. Akkuyu AES Rusiya ilə Türkiyə arasında ən böyük ortaq layihədir".



Rusiya Prezidenti Vladimir Putin çıxışı zamanı bildirib ki, “Akkuyu” pilot layihəsi Rusiya-Türkiyə çoxşaxəli tərəfdaşlığını gücləndirir: “Türkiyə Prezidenti ilə qərara gəlmişik ki, iqtisadiyyat və ticarət sahələrindəki əməkdaşlığı daha da inkişaf etdirək və qarşılıqlı investisiya qoyuluşunun həcmini artıracağıq. Rusiya Türkiyənin enerji ehtiyaclarını ödəməyə davam edəcək".

"Təbii qazın qiyməti getdikcə artacaq, lakin Türkiyə artıq nüvə enerjisinə sahibdir və ucuz enerji əldə edən ölkə olacaq. “Akkuyu”da dinc məqsədli nüvə enerjisinin bayrağı dalğalanacaq”, - deyə Rusiya lideri əlavə edib.