Logo
news content
User
Kateqoriyalar

Xəbər

Akif Qurbanov qaçaqmalçılıqda şübhəli bilinir

“III Respublika Platforması”nın İdarə Heyətinin rəhbəri Akif Qurbanov Cinayət Məcəlləsinin 206,3.2 maddəsi (qaçaqmalçılıq) üzrə şübhəli şəxs qismində saxlanılıb. Bu  barədə vəkil Şəhla Qumbətova məlumat verib.

"Akif Qurbaniv bildirib ki, axtarış zamanı evindən sənədlər götürülüb. O dedi ki, polislər III Respublika Platformasının ofisinə basqın ediblər, oraya 30 min avro yerləşdiriblər və sonra götürüblər. Akif Qurbanov və Ruslan İzzətlini bir otağa salıblar və özləri nəzarətsiz hərəkətlər ediblər. Qurbanov bildirdi ki, götürülən pulun ona və III Respublika Platformasına aidiyyatı yoxdur", vəkil qeyd edib.

Platformanın daha iki üzvünün - Ruslan İzzətli və Araz Əliyevin saxlandığı bildirilir.