Aİ və G7 Rusiyadan boru kəməri qazının tədarükünün bərpasını qadağan etmək niyyətindədir
14 May 2023
Avropa İttifaqı (Aİ) və “Böyük Yeddilik” (G7) ölkələri Rusiyaya qarşı növbəti sanksiyalar paketi çərçivəsində rəsmi Moskvanın əvvəllər tədarükünü azaltdığı marşrutlar üzrə boru kəməri qazının idxalına qadağa qoymaq niyyətindədir.
Pressklub.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti G7 liderlərinin bəyanat layihəsinə istinadən xəbər verib.
Məlumata görə, G-7 liderlərinin Xirosima sammitində qəbul edəcəkləri qərar Rusiyadan Polşa və Almaniyaya boru kəməri qazının ixracının bərpasının qarşısını almalıdır.
Qeyd edək ki, Rusiyanın bu istiqamətlərə qaz tədarükü faktiki olaraq 2022-ci ildə kəsilib.