Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aİ plan hazırladı: Rusiya qazının idxalı mərhələli şəkildə dayandırılacaq

Avropa İttifaqı (Aİ) mümkün qədər tez Rusiya qazının idxalını dayandırmalıdır.

Bunu Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton “Europe 1/CNews” telekanalının efirində deyib.

Komissar bildirib ki, Aİ ABŞ və Qətərdən mayeləşdirilmiş təbii qazın alışını artırmaq, həmçinin yaşıl enerjinin imkanlarını artırmaq niyyətindədir.

Yeni plana ABŞ və Qətərdən 50 milyard kubmetr mayeləşdirilmiş təbii qaz idxalı daxildir.

Onun sözlərinə görə, Putin illərdir ki, Avropanı parçalamaq üçün hər şeyi edir.

“O, “Sputnik” peyvəndi ilə bizi bölməyə çalışdı, bu da işə yaramadı, “Russia Today” ilə demokratiyamıza mane olmaq üçün hər şeyi etdi, indi isə bizi dəqiq şəkildə bölmək üçün qazdan istifadə edir”, - Breton qeyd edib.