Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aİ ölkələri Rusiyaya qarşı 10-cu sanksiyalar paketində razılığa gəliblər

Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Pressklub.az xəbər verir ki, bu barədə İsveç sədrliyi tviterdə məlumat yayıb.

“Paketə daxildir: ikili istifadə və texnologiya ilə bağlı daha sərt ixrac məhdudiyyətləri; müharibəyə dəstək verən, təbliğat aparan və ya Rusiyanın müharibədə istifadə etdiyi dronları çatdıran fiziki və hüquqi şəxslərə qarşı məqsədyönlü məhdudlaşdırılmış tədbirlər; Rusiyanın dezinformasiyasına qarşı tədbirlər”, - tvitdə qeyd olunub.