Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ağ Ev: “İrana təzyiq göstərməyə davam edəcəyik”

“İran üzrə xüsusi nümayəndənin gedişi Bayden administrasiyasının İrana münasibətini dəyişmir”.

Pressklub.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə əlaqələndirici Con Kirbi Robert Mallinin Dövlət Departamentini tərk etməsi ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

“Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəni ödənişsiz məzuniyyətə göndərməsi kadr məsələsidir. İrana qarşı tutduğumuz ardıcıl yanaşmada heç nə dəyişməyib”.

Kirbi vurğulayıb ki, Bayden administrasiyası İrana təzyiq göstərməyə davam edəcək və digər fəaliyyətlər arasında Tehranın nüvə ambisiyaları, Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək, terror şəbəkələrinə dəstək kimi məsələlərlə bağlı müttəfiqləri və tərəfdaşları ilə koordinasiyalı şəkildə çalışacaq.

“Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla koordinasiyada İranın sabitliyi pozan davranışlarına qarşı çıxmağa davam edəcəyik. Biz İrana təzyiq etməyə davam edəcəyik. İranın daha yaxşı qərarlar verməsini görmək istəyirik və haqsız yerə həbs edilmiş amerikalıları geri qaytarmaq üçün lazımi şəkildə məşğul olmağa davam edirik və bu yanaşma dəyişməyəcək”.