Logo
news content
User
Kateqoriyalar

Xəbər

Adanada zəlzələ olub

Türkiyənin Adana şəhərinin Saimbeyli rayonunda 4,9 maqnitudalı zəlzələ olub.

Pressklub.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri 6,67 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 16:46-da qeydə alınıb.

Qeyd edək ki, bu, son bir ayda Türkiyə ərazisində qeydə alınan ikinci ən güclü yeraltı təkanlar olub. Belə ki, daha öncə mayın 3-də Kahramanmaraş şəhərinin Göksun rayonunda 5 maqnitudalı zəlzələ olmuşdu.