Açıq işğala start verildi - Rusiya hərbçiləri Xerson Şəhər Şurasını ələ keçirib
26 Aprel 2022
Rusiya ordusu Xerson Şəhər Şurasını ələ keçirib.
Ukrayna mediasının məlumatına görə, bu barədə şəhər şurası məlumat verib.
Rusiya hərbçiləri oradan Ukrayna bayrağını götürüb, mühafizəçilərdən binanın açarlarını alıblar.
Bələdiyyə sədrinə və bələdiyyə məclisinin əməkdaşlarına binaları tərk etmək əmri verilib.
Sabahdan etibarən Xerson Şəhər Şurası işləməyəcək.
“Saat 16:30-da Rusiya Federasiyasının hərbçiləri binaya daxil olub, bütün əməkdaşlara çıxıb getmələrini bildiriblər. Binadan Ukrayna bayrağını götürüblər. İnsanlara heç bir izahat verilməyib. Binadan sonuncu olaraq mer İqor Kolıxayev çıxıb”, - deyə şəhər şurasının əməkdaşı bildirib.