Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ və müttəfiqləri Çinə qarşı sanksiyaları müzakirə edir

ABŞ yaxın müttəfiqləri ilə Pekinin Rusiyaya hərbi dəstək verəcəyi təqdirdə Çinə qarşı yeni sanksiyaların tətbiqi imkanını müzakirə edir.


Pressklub.az-ın “Reuters”ə istinadən məlumatına görə, ilkin mərhələdə olan məsləhətləşmələr hər hansı mümkün məhdudiyyətlərə dəstəyi koordinasiya etmək üçün bir sıra ölkələrin, xüsusən də G7-də olan ölkələrin dəstəyini cəlb etməyə yönəlib.


Mənbələr bildiriblər ki, ABŞ rəsmiləri bir il əvvəl Rusiyanın Ukraynaya təcavüzündən sonra ona qarşı tətbiq edilən sanksiyaları ən çox dəstəkləyən əsas ölkələr qrupu ilə Çinə qarşı potensial fəaliyyət üçün zəmin yaradır.


ABŞ-ın hansı sanksiyaları təklif edəcəyi hələlik bəlli deyil. Vaşinqtonun addımları hələlik Pekinə qarşı hər hansı konkret məhdudlaşdırıcı tədbirlərlə bağlı daha geniş razılaşmaya gətirib çıxarmayıb.


G7 liderlərinin fevralın 24-də - Rusiya Federasiyasının genişmiqyaslı müharibəsinin birinci ildönümü münasibətilə yaydıqları birgə bəyanatda üçüncü ölkələri Rusiya müharibəsinə maddi dəstəyi dayandırmağa çağırmışdılar, bildirmişdilər ki, əks halda, ciddi itkilərlə üzləşəcəklərini bəyan etmişdilər.


Orada Çinin adı çəkilməsə də, ABŞ həmin gün Rusiyaya sanksiyalardan yan keçməyə kömək etməkdə günahlandırılan bəzi Çin şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib.