Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ və Britaniya hərbçiləri Moldovada

Moldovada Rumıniya, ABŞ və Böyük Britaniya hərbçilərinin iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək.


Pressklub.az-ın məlumatına görə, bu barədə “Newsmaker” xəbər yayıb.


Moldova Müdafiə Nazirliyindən verilən məlumata görə, JCET-2023 çərçivəsində manevrlər martın 27-dən aprelin 7-dək baş tutacaq və xüsusi təyinatlılar arasında birgə təlim və təcrübə mübadiləsini nəzərdə tutur.


Bu müddət ərzində əsas hissələrdən manevrlərin keçiriləcəyi təlim mərkəzlərinə doğru hərəkət edən yollarda nəqliyyat vasitələri görünə bilər.


Müdafiə Nazirliyinin mətbuat xidməti texnikanın hərəkəti və təlimlərlə bağlı şayiə və ehtimallar yaymamağa çağırıb.


Təlimlərin ssenarisi üzrə təhlükəsizlik qüvvələri döyüş atışları, paraşütlə tullanmalar və döyüş tapşırıqlarını yerinə yetirəcək.