Logo
news content
User
Kateqoriyalar

Xəbər

"ABŞ Ukraynaya əlavə 205 milyon dollar ayıracaq" - Blinken

Birləşmiş Ştatlar Ukraynaya 205 milyon dollar məbləğində əlavə humanitar yardım ayırmaq niyyətindədir.

Pressklub.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, vəsaitlər içməli su, ərzaq, həmçinin təhsil və hüquqi proqramların maliyyələşdirilməsinə sərf olunacaq.

Bundan əvvəl iyunun 13-də ABŞ Ukraynaya 325 milyon dollar dəyərində yeni silah və hərbi texnika paketi verməyə qərar verib.

Buraya HHM sistemləri, HIMARS, döyüş sursatları, artilleriya mərmiləri, tank əleyhinə sistemlər və zirehli maşınlar daxildir.