Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Ukraynaya beşinci nəsil qırıcılar verə bilər

ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland bəyan edib ki, Kiyev beşinci nəsil döyüş təyyarələri ala bilər.

Pressklub.az xəbər verir ki, Nuland ABŞ-ın Ukraynanı müasir qırıcılarla təchiz etmək imkanını müzakirə etdiyini bildirib. O, bunun Kiyevin uzunmüddətli ehtiyaclarını ödəyəcəyini vurğulayıb.

“Avropanın bəzi ölkələri bu təyyarələri təmin etməkdə maraqlıdır. Və ABŞ prezidenti Co Baydenin əvvəllər dediyi kimi, bu qərarı onlar verməlidir. Ancaq bu dəyişən mənzərədir, biz burada Ukraynanın nəyə ehtiyacı olduğunu düşünürük”-deyə, o bildirib.