Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketi hazırlayıb

Birləşmiş Ştatlar müharibənin başlanmasının ildönümündə Ukraynaya 2 milyard dollarlıq əlavə yardım elan etməyə hazırlaşır.

Pressklub.az-ın məlumatına görə, bu barədə CNN ABŞ rəsmilərinə istinadən xəbər verir.

Onların sözlərinə görə, vəsait Ukraynaya Yardım Təşəbbüsü (USAI) fonduna ayrılacaq. Fondun pulları ABŞ-ın ehtiyatlarından silah təmin etmək üçün deyil, istehsalçılardan avadanlıq sifariş etmək və ya almaq üçün istifadə olunur. Beləliklə, bu yardım uzunmüddətli tədarükləri nəzərdə tutur.

Vəsait Ukrayna üçün HIMARS reaktiv yaylım atəş sistemi (MLRS), 155 mm çaplı döyüş sursatları, pilotsuz təyyarələr, pilotsuz uçuş aparatları, minalardan təmizləmə avadanlıqları, təhlükəsiz rabitə vasitələrinin alınmasının maliyyələşdirilməsinə, habelə Ukrayna hərbçilərinin təliminə sərf olunacaq.

Fevralın 20-də ABŞ prezidenti Co Baydenin Kiyevə səfərindən sonra Dövlət Departamentinin rəhbəri Entoni Blinken Kiyevə 460 milyon dollar yardım elan edib. Bu da Amerika ehtiyatlarından silah və sursatların verilməsinə sərf olunacaq. Pentaqon daha sonra dəqiqləşdirib ki, paketə HIMARS üçün əlavə sursat, 155 mm-lik artilleriya mərmiləri, dörd radar sistemi, tank əleyhinə "Javelin" sistemləri, 2 minə yaxın tank əleyhinə raket, dörd "Bradley" piyada döyüş maşını və digərləri daxildir. ABŞ Müdafiə naziri bəyan edib ki, ABŞ Ukraynaya “döyüş meydanında dinamikanı dəyişmək” üçün “imkan” verir.