ABŞ Ukraynadakı müharibənin bitməsi barədə: “Yaxın üç il ərzində...”
01 Mart 2023
Ukraynada müharibə yaxın üç il ərzində davam edə bilər.
Pressklub.az Rusiya mediasna istinadla xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Kolin Kal bildirib.
“Biz münaqişənin trayektoriyasını bilmirik. Münaqişə altı aya, bəlkə də iki və ya üç ilə bitə bilər" - Pentaqon rəhbərinin müavini münaqişənin sona çatması barədə danışarkən deyib.
O, həmçinin qeyd edib ki, hətta uzun sürən münaqişə vəziyyətində belə, Kiyevə maliyyə yardımı göstərməkdə Konqresin dəstəyinə ümid edir.
Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Vaşinqton Ukraynadakı hərbi münaqişənin tezliklə başa çatması əlaməti görmür və onun necə və nə vaxt həll olunacağını proqnozlaşdıra bilmir. “Biz həmçinin əmin olmaq istəyirik ki, Rusiya bu təcavüzə son qoymaq üçün mümkün qədər çox ölkədən təzyiq hiss etsin”.